Dünya futbolu
Mahir Emrelinin adı bu gün keçiriləcək oyunun iştirak ərizəsində

22.02.2026 | 16:40
“Kayzerslautern”də çıxış edən və xeyli vaxtdır zədəli olan Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün meydana çıxa bilər.
Sports.az xəbər verir ki, onun adı 2-ci Bundesliqanın 23-cü turunda “Proyssen Münster”lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. Emreli ehtiyat oyunçular arasında yer alıb.
Oyun saat 16:30-da başlayacaq.
Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı 2-ci Bundesliqanın matçında zədə alıb və o vaxtdan kənarda qalmışdı.
28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.
Son xəbərlər





























