Dünya futbolu
Florentino Peres icarəyə göndərdiyi oyunçunu izləyir

24.02.2026 | 08:00
“Real”ın prezidenti Florentino Peres yanvar ayında cari mövsümün sonuna qədər müddətə Lion “Olimpik”inə icarəyə verdiyi 19 yaşlı braziliyalı mərkəz hücumçusu Endriki müşahidə altında saxlayıb.
Sports.az xəbər verir ki, Endrikin uğurlu çıxış edəcəyi halda, Peres braziliyalı istedadı Madridə qaytarmaq niyyətindədir.
Endrik “toxucular” üçün meydana çıxdığı 7 oyunda 5 qol 1 məhsuldar ötürmə ilə fərqlənib.
Son xəbərlər





























