“2:0-dan sonra “Qarabağ”ın müdafiə xəttini yarmaq çətinləşdi”

“2:0-dan sonra “Qarabağ”ın müdafiə xəttini yarmaq çətinləşdi”

"Nyukasl" "Qarabağ"a qarşı oyunda hesab 2:0 olarkən Ağdam təmsilçisinin müdafiə xəttini keçməkdə çətinlik çəkib.

Sports.az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik".

O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib:

"Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

"Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəlmişdi.

Son xəbərlər
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
“Trabzonspor”a bir qol bəs etdi
Kalafyori İtaliya nəhənginə qoşula bilər
1/4 finala yüksələn ilk komanda bəlli oldu
“Mançester Siti”nin müdafiəçisi Milana köçə bilər
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi
“Barselona” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Şirvanda BWF-nin badminton təlimləri keçirilib
“Aston Villa” ulduzunu itirə bilər
“Azərreyl” və “DH Volley”dən qələbə
Slot Niderland nəhəngini çalışdıra bilər
“Şəfa” qalib gəldi, “Səbail” xal itirdi
Kvaratsxeliya “Arsenal”a keçir?
20-ci turun oyun cədvəli açıqlandı
PSJ “Bayern”in hücumçusunu satın almağa hazırdır
Cüdoçular üçün maarifləndirici görüş keçirilib
“Yuventus” “Olimpik”in hücumçusu ilə maraqlanır
Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası
“Arsenal” “Bayern”in cinah müdafiəçisini satın almağa hazırdır
“Araz-Naxçıvan”a Şamaxıda 1 qol bəs etdi - VİDEO
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
“3-4 oyundur, haqq etmədiyimiz halda məğlub oluruq”
“Şamaxı” ilə oyun heç-heçə də bitə bilərdi” - Demçenko
“Turan Tovuz”la “Çinar”a texniki məğlubiyyət verildi
PSJ və “Real” “Qalatasaray”ın hücumçusu uğrunda çəkişəcəklər
2-ci Liqa klublarının cəzası açıqlandı
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
Azərbaycan yığması Farer adalarına uduzdu
“Şamaxı” “Araz-Naxçıvan”a evdə uduzdu
“Roma” “Everton”n cinah müdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar