Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı

Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisi üçün marşal qeydiyyatına start verilib.

Bu barədə Sports.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.

Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.

Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula 1" üzrə qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Son xəbərlər
Millinin toplanışı olacaq
“Böyük Dəbilqə”nin son günündə 3 cüdoçumuz mübarizəyə qoşulur
Ekitike zədələndi, millidən kənarda qaldı
Günün oyunları – TV
"Liverpul"dan antirekord
“Sevilya” “Valensiya”ya məğlub oldu
PSJ-dən darmadağın
“Liverpul” və “Çelsi” səfərdən xalsız qayıtdı
“Milan”dan qələbə, “Yuventus”dan xal itkisi
Nəriman Axundzadə ABŞ klubunda debüt etdi
“Bayern”dən darmadağın
Mahirin komandası darmadağına üzüldü
Cəlalın komandasından darmadağın
lHidayət Heydərovdan “Böyük Dəbilqə”də bürünc meda
“Qəbələ” “Turan Tovuz”a belə uduzdu - VİDEO
“Çox vacib qələbə qazandıq” - Berdıyev
“Komandada konsentrasiya çatışmır” - Sxadadze
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
“Borussiya”dan Emre Canla yeni müqavilə
“Qarabağ”la “Neftçi”nin əvəzedicilərindən qələbə
Əliyevin komandası yenə xal itirdi
Qəhvəxana
Heydərov Tiflisdə bürünc medal uğrunda görüşə çıxacaq
Valverde mövsümün sonunda “Atletik”dən ayrılacaq
“Sabah”ın iki futbolçusu milli komandaya dəvət alıblar
“Qarabağ”ın legionerləri milli komandalarından dəvət alıblar
İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb
“Böyük Dəbilqə”də daha 4 cüdoçumuz mübarizəyə başlayır
“Turan Tovuz” “Qəbələ”yə qarşı
“Mançester Yunayted” səfərdə xal itirdi
DAHA ÇOX

Ən çox oxunanlar