“Bu mövsüm Azərbaycan Kuboku bizim olacaq” - “Neftçi”nin futbolçusu

“Bu mövsüm Azərbaycan Kuboku bizim olacaq” - “Neftçi”nin futbolçusu

“Neftçi”nin gənc yarımmüdafiəçisi Fərid Yusifli klubun rəsmi saytına müsahibə verib.

Sports.az xəbər verir ki, ötən ilin sonlarında əməliyyat olunan 20 yaşlı futbolçu bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağını bildirib.

- Mövsümün gedişində zədələnib bir müddət yaşıl meydanlardan kənarda qalmışdın. Budəfəki zədə əməliyyat olunmağına səbəb oldu. Əməliyyatdan sonra özünü necə hiss edirsən?
- Açığı, zədələnməzdən əvvəl özümü çox yaxşı, formada hiss edirdim. Amma elə oldu ki, zədələndim. Əməliyyat olunmaq seçimlərdən biri idi, lakin həkimlərin məsləhəti ilə əvvəlcə hərəkətlərlə bərpa etməyə çalışdıq. Alınmadı deyə, əməliyyat olundum. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Ağrılarım yoxdur. Sadəcə, fərdi məşqlərə başlamaq üçün bir az zamana ehtiyac var.

- Bu mövsüm zədədən əziyyət çəksən də, artıq 14 oyunda meydana çıxmaqla ötənmövsümkü göstəricini yaxşılaşdırmısan. Bu haqda nə deyə bilərsən?
- Bu mövsüm 14 matçda meydana çıxsam da, keçən mövsüm ilk “11-lik”də daha çox yer alırdım. Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir. İnşallah, bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağam.

- Səninlə yanaşı, “Neftçi”nin yetirmələrindən İsmayıl Zülfüqarlı da tez-tez heyətdə yer alır. Bundan əlavə, bu mövsüm 4 yetirməmiz – Əlirza Müştəbazadə, Rza Cəfərov, Ağadadaş Salyanski və Ömər Qurbanov da əsas komandada debüt etməyə imkan tapıblar…
- “Neftçi”nin yetirmələrinin əsas komandada debüt etmələri xoş haldır. Çünki “Neftçi” daim nəticə üçün çalışan klubdur. Gənclərə üstünlük verilməyi akademiyada oynayan futbolçulara da motivasiya olur.

- “Neftçi” hazırda təlim-məşq toplanışındadır. Bu müddətdə komandadan uzaqda qalmaq yəqin ki, sənin üçün çox çətin olar…
- Təbii ki, elədir. Komandam hazırda toplanışdadır, mən isə heç fərdi məşqlərə də başlamamışam. Çox çətindir. İnşallah, ən tez zamanda sağalıb komandaya qoşulmağı arzulayıram.

- Necə düşünürsən, Azərbaycan Kubokunda yarımfinala yüksələn komandamız mövsümü titulla başa vura biləcəkmi?
- Kubokda “Zirə” ilə gərgin oyunumuz oldu. Şükür Allaha ki, bu çətin sınaqdan biz qalib ayrıldıq. Hazırda komandamız daha da motivasiyalıdır. Fikrimcə, bu mövsüm Azərbaycan Kuboku bizim olacaq.

Son xəbərlər
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
DAHA ÇOX

Ən çox oxunanlar