Mükafat fondu 25 min manat olan Azərbaycan çempionatının püşkü atıldı

Mükafat fondu 25 min manat olan Azərbaycan çempionatının püşkü atıldı

Bu gün kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Sports.az xəbər verir ki, yarışın baş hakimi Qüdrət İsmayılov əvvəlcə reqlament barədə iştirakçılara məlumat verib, sonra çempionatın mükafat fondu açıqlanıb.

Ölkə çempionatında Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhməd və İsmayıl Qurbanov mübarizə aparacaq.

Tarışa 14, 16 və 18 yaşlılar arasında ölkə çempionatının qalibləri eləcə də Azərbaycan çempionatının seçmə yarışında (birinci dəstə üzrə) ən yaxşı nəticə göstərən 7 iştirakçı dəvət olunub.

Çempionatın reytinq favoriti Nicat Abasovdur. Yarışın ən yaşlı iştirakçısı 1992-ci təvəllüdlü Vasif Durarbəylidi. Turnirin ən gənc şahmatçısı birinci dəstədə Azərbaycan çempionatının qalibi olan yeniyetmələr arasında Avropa birinciliyinin gümüş medalçısı - 12 yaşlı Xaqan Əhməd sayılır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 25 min manata çatdırılıb. Yarışın qalibi 10 min manat pul mükafatı qazanacaq və böyüklər arasında Azərbaycan milli komandasına vəsiqə əldə edəcək. Çempionatda ilk beş yeri tutacaq şahmatçılar əsasnaməyə uyğun olaraq mükafatlandırılacaq.

Yanvarın 13-də başlayacaq Azərbaycan çempionatı 9 turdan ibarət olacaq. İlk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. Yarımfinala vəsiqə qazanacaq şahmatçılar şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaq.

Son xəbərlər
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
DAHA ÇOX

Ən çox oxunanlar