AFFA-da islahatlar olacaqmı?

AFFA-da islahatlar olacaqmı?

Çoxları bəlkə də fikir vermədi. "Turan" - "Qarabağ" oyununda hər iki komandanın heyətində "Qəbələ" Futbol Akademiyasının futbolçuları - Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə fərqləndi. 

AFFA-nın uzaqgörən siyasəti nəticəsində "Qəbələ" Futbol Akademiyası məhv olur. Avrokuboklarda görməyə öyrəşdiyimiz klub transfer etməyə pul tapmır. 
Tovuz kimi futbolçu konveyerinin heyətində həmişə yerli futbol məktəbinin yetirmələri parlayardı. Amma orda da uşaq futbolunu çökdürüblər.

Buraxın Tovuzu, illərdi Avropada başımızı ucaldan "Qarabağ"da da uşaq futbolu sanki, məcburiyyətdən fəaliyyət göstərir. "Qarabağ"ın beynəlxalq arenadakı çıxışını, ordakı rəhbər şəxslərin qabiliyyətini görəndən sonra belə bu kluba heç olmasa, "Qəbələ" kimi akademiya qurmaq üçün imkan yaradılmadı. 

AFFA-nın son 15 ildə Azərbaycan futboluna vurduğu zərbəni düzəltmək üçün ən azı daha 15 il lazımdı. Təəssüf ki, hələ dəyişən bir şey yoxdu.

Şükr, illərdir məhv etdikləri "Turan"ı bərpa edib, Premyer Liqaya gətirdilər. Amma bu klub yenə AFFA-nın nəzarətindədi. Ayxan Abbasov sınıq-salxaq heyətlə, məhdud büdcəylə, yoxdan konfet düzəltməyi bacarıb. AFFA imkan versə, tovuzlular özləri 1 ilə Azərbaycan çempionatında çempionluğa oynayacaq komanda qurar, klub yaradar.

Amma imkan verməz. Sponsorluq etmək istəyənlərə deyirlər ki, pul verin, biz öz adamlarımızı kluba rəhbər qoyaq, onlar sizin pulun hara getdiyinə nəzarət eləsin...

Hamı bu ili səbrsizliklə gözləyirdi ki, AFFA-da islahatlar olacaq. Gənclər və İdman Naziri Fərid Qayıbov da bu haqda açıqlama verib ki, futbolumuzda islahatlara ehtiyac var. Yəni, bunu artıq dövlət də bilir. 

Artıq gözdən pərdə asmaq mümkün deyil. AFFA-da dəyişiklər olmasa, Azərbaycan futbolundan heç bir uğur gözləməyə dəyməz. AFFA-nın birbaşa nəzarətində olan köklü klublarımız "Neftçi" ilə "Kəpəz"in durumuna baxın...

Millinin oyunlarına da çox qalmayıb. Bu gedişlə, yenə, köhnə hamam, köhnə tas...
Futbolumuzun real vəziyyətini görmək üçün, mövsümün sonunu gözləməyə ehtiyac yoxdu, cənablar!

Son xəbərlər
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar