Eltac Səfərli çempionatdakı çıxışından narazı qalıb

Eltac Səfərli çempionatdakı çıxışından narazı qalıb

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bürünc medalçısı Eltac Səfərli yarışın yekun nəticələri barədə Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib.

Sports.az xəbər verir ki, o, çıxışından razı qalmadığını gizlətməyib: 

“Ümumilikdə Azərbaycan çempionatında çıxışım məncə, pis alındı. Çox reytinq itirdim. Son görüşdə qələbə qazanmaqla üçüncü yeri təmin etdim. Bürünc medal az da olsa, bir qədər təsəllidir mənim üçün. Oyunum çox pis idi. Əvvəldən oyunum alınmadı. Final mərhələsinə vəsiqə qazanmaq çox çətin oldu. Yarımfinalda Vasif Durarbəyli ilə ilk görüşdə üstünlüyüm var idi, mənasız səhv etdim və uduzdum. İkinci görüşdə də qələbə qazanmaq şansım yarandı, amma uda bilmədim”.

Şahmatçı uğursuz çıxışın əsas səbəbi kimi yorğun olmasını qeyd edib: “Səbəb yorğun olmağımdadır. İstirahətə fikir verməliyəm. Son aylarda Avropada müxtəlif yarışlarda iştirak etmişəm. Təxminən 3 ay ərzində 70 oyun oynamışam. Burada hiss etdim ki, gücüm çatmır”.

Səfərli finalçıların hər birinin çempionluğa layiq olduğunu bildirib: “Vasif turnirin ilk hissəsindən çox yaxşı start götürdü. Sonra da yaxşı oynadı. Finalın ikinci görüşündə bir qədər bəxti gətirdi. Hər bir yarışda çempion olmaq üçün az da olsa, bəxt lazımdı. Vasifi təbrik edirəm, növbəti yarışlarda uğurlar arzu edirəm. İkinci yerin sahibi Vüqar da əla oynadı. Hazırda hərbi xidmətdə olduğunu nəzərə alsaq, finala vəsiqə qazanmağı böyük uğurdu. Onun hazırlığı az idi. Fikrimcə, hər ikisi çempionluğa layiq idi”.

Son xəbərlər
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
DAHA ÇOX

Ən çox oxunanlar