“Yarış mənim üçün uğurlu keçmədi” – Azərbaycan çempionu

“Yarış mənim üçün uğurlu keçmədi” – Azərbaycan çempionu

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?
- Ölkə çempionatı güclü yarış idi. Tunirdə iştirak edən altı qrossmeyster o cümlədən gənc şahmatçılar güclü mübarizə nümayiş etdirdi. Əslində yarış mənim üçün uğurlu keçmədi. Şükür olsun ki, sonda çempion olmağı bacardım. Sadəcə tam ürəyimcə olmadı.

- Hər halda nəticədən razısan?
- Nəticədən razıyam. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim.

- Ardıcıl iki dəfə Azərbaycan çempionatının qalibi oldun. Hansı ildə qələbə qazanmaq daha çətin idi?
- Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindi. Bəlkə də bu ilki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı.

- Rəqiblərin çıxışı barədə nə deyə bilərsən?
- Ölkə çempionatına bütün şahmatçılar güclü hazırlaşmışdı. Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdi. Gülnar Məmmədova,Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar.

- Kim səni yaxşı mənada təəccübləndirdi?
- Nərmin Abdinovanı qeyd edə bilərəm. Yaxşı şahmatçı olduğunu bilirdim. Amma çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq çox çətinlik çəkdim. Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı.

- Son tura gələndə kimlər sənə dəstək oldu?
- Dostlarım yazmışdı. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldu. Aydın yazmışdı ki, sən bunu bacaraqsan. Hər ikisinə təşəkkür edirəm.

- Martda şəxsi Avropa çempionatında iştirak edəcəksən. Qitə birinciliyində əsas hədəf nə olacaq?
- Avropa çempionatında həm də Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə olacaq. Amma Dünya Kubokunda iştirakım dəqiqləşib. 20 yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla Dünya Kubokuna vəsiqə qazanmışam. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Avropa çempionatında çalışacam reytinqimi artırım və mükafatçılar sırasında yer alım.

- Gənclər arasında dünya çempionluğundan sonra həyatında nə dəyişdi?
- Bu qədər diqqət olacağını gözləmirdim. Bakıya qayıtdıqdan sonra bir həftə demək olar bütün televiziya kanallarında qonaq oldum. Mənə göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. Ciddi dəyişiklik olduğunu deməzdim. Sadəcə bəzən küçədə tanıyırlar, şəkil çəkdirirlər.

Son xəbərlər
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
DAHA ÇOX

Ən çox oxunanlar