Gent çörəkli şəhərdi

Gent çörəkli şəhərdi

Bu axşam "Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ata bilər. Qurban Qurbanovun komandasına bunun üçün məğlub olmamaq kifayət edir. Amma deyildiyi, yazıldığı, ilk baxışdan göründüyü qədər asan məsələ deyil. 

"Qarabağ"ın bir neçə oyunçusu - Şahruddin Məhəmmədəliyev, Marko Yankoviç, Abbas Hüseynov zədəli, Kevin Medina cəzalıdı. Düzdü, Ağdam təmsilçisinin heyətində onları layiqincə əvəzləyəcək futbolçular var. Amma özəlliklə Şahruddinin yoxluğu bir qədər təşviş yaradır. İnanaq ki, Gürcüstan yığmasının da üzvü olan Luka Quqeşaşvili əlinə düşmüş bu şansdan maksimum istifadə edib ümidləri doğruldacaq.

Zənnimcə, "Gent"in durumu "Qarabağ"dan daha pisdir. Belə ki, belçikalıların 8 oyunçusu - Endryu Hyulsager, Josef Okumu, Alessio Kastro - Montes, Matis Samoas, Darko Lemaiç, Tarik Tissudali, Vadis Odidca Ofoe və Kamil Pyatkovski zədə səbəbindən axşamkı qarşılaşmada meydana çıxa bilməyəcək. Bakıdakı məğlubiyyət də təbii ki, "Gent" üçün üstünlük deyil. Əksinə, meydan sahibləri hücum etməlidir və bu, bizim hücum xəttinin oyunçuları üçün, necə deyərlər əsl “çörək”di.

Buna baxmayaraq, dünən stadionda söhbətləşdiyimiz belçikalı həmkarlarımız və klubun nümayəndələri əminliklə qalib gələcəklərini, hətta 5 qol vuracaqlarını deyirdi. Bakıdakı yenilgi - Belçika kimi qitənin aparıcı futbol çempionatlarından birinin təmsilçisinin burda çoxlarının adını da bilmədiyi Azərbaycan komandasına boyun əyməsi görünür onlara çox pis təsir edib. Əlbəttə, "Qarabağ" Tofiq Bəhramov adına stadiondakı möhtəşəm performansın qarşılığında cütün taleyini həll edəcək qələbə qazana bilərdi. Amma düşünürəm ki, 1 top üstünlüyümüz də növbəti mərhələyə keçmək üçün yetərlidi.

İdman mediasına hər zaman diqqəti ilə seçilən və futbol tariximizin bu önəmli qarşılaşmasına canlı şahidlik etmək üçün mənimlə bərabər bəzi jurnalist həmkarımızın gözəl Gent şəhərinə səfərinin alınmasına dəstək verən Etopaz-ın mütəxəssisləri də növbəti mərhələdə "Qarabağ"ı görür. Azərbaycan çempionunun "Gent"i keçəcəyinə 1.54 əmsal verilir.

Paytaxt Brüsseldən yarım saatlıq məsafədə yerləşən Gent çox gözəl əyalət şəhəridi. Buranın əhalisi olduqca qonaqpərvər, mehriban, gülərüz və ünsiyyətcildi. 

Ümid edirəm ki, bu şəhərin futbol klubu təəssuratlarımızı korlamayacaq və Gent yaddaşlarımızda əbədi xoş iz buraxacaq.

Şəxsi fikrim budur ki, "Qarabağ" növbəti mərhələnin taleyini əsas vaxtda qələbə ilə həll edəcək.

Komandamıza uğurlar!

Son xəbərlər
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar