Əliabbas və Hacı Avropa çempionu oldu!

Əliabbas və Hacı Avropa çempionu oldu!

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Sports.az xəbər verir ki, yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə "tuş"la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Rzazadə finala yüksəlib. Əliabbas həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz tam üstünlüklə (12:2) qalib gələrək Avropa çempionu olub.

Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb - 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub - 1:4. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxıb. İsrailli Coşua Finesilverə 7:0 hesabıyla qalib gələn Əli bürünc medal uğrunda qarşılaşmada ukraynalı Erik Aruşanyana minimal fərqlə (6:7) uduzub.

Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabıyla məğlub edərək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova da gücünü göstərib. Rəqibinə 10:3 hesabıyla qalib gələn Hacı 4 qat Avropa çempionu olub.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb - 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib və 2:5 hesabıyla uduzub. Səbuhinin zədəsi bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla görüşə çıxmağa imkan vermədiyi üçün 5-ci yerlə kifayətlənib.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Maqomedxan titul uğrunda gürcüstanlı Givi Matçaraşviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə (3:4) uduzan Maqomedov gümüş medal əldə edib.
 

Son xəbərlər
“Barselona” inamlı qələbəyə sevindi
“Renn” və “Lans”dan darmadağın
“Milan” və “İnter”dən növbəti qələbə
Derbidə “Fənərbağça” sevindi
Mareska Kaysedo və Rodrini qiymətləndirdi
“Köln”dən darmadağın
Salah “Liverpul”un son uğursuzluq silsiləsini şərh etdi
“Mançester Siti”dən inamlı qələbə
Stankoviç “Krasnodar”a məğlubiyyətə aydınlıq gətirdi
Van Deyk “Aston Villa” üzərində qələbəni şərh etdi
Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı
“Araz-Naxçıvan” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Məğlub durumda olsaq da, sonda qalib gəldiyimiz üçün sevincliyəm”
“Ağır məğlubiyyət oldu” - Baxşıyev
“Sabah” “Abşeron Lions”a qalib gəldi
“Sumqayıt” və “Turan Tovuz”dan qələbə
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
“Barselona” “Strasburq”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” Tovuza qayıdışını qələbə ilə qeyd etdi - VİDEO
MY “Lill”in gənc istedadı ilə maraqlanır
“Qələbəyə layiq idik” - Berdıyev
“Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” - Abbasov
“Kalyari” müdafiəçinə görə ağız açımış üç kluba rədd cavabı verdi
“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə
Yeniyetmə cüdoçular arasında region birinciliyi başa çatıb
“Barselona” “Arsenal”ın kapitanına göz dikib
PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırdı
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu
MY “Nottingem Forest”in yarımmüdafiəçisini satın almaq istəyir
Azərbaycanın FIFA referisi “Arsenal”ın oyununa təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar