Şahmat
İlk oyunda Maqnus Karlsen qələbə qazandı
19.08.2023 | 22:28
Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Qara fiqurlarla mübarizə aparan Nicat Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.