Nicat Abasov üçüncü yer uğrunda ilk oyunda qələbə qazandı

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.

Sports.az xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.

Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

Şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.

Bu gün finalın da ilk oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) ağ fiqurlarla 5 qat dünya çempionu Maqnus Karlseni (Norveç) sınağa çəkib. Partiya 35-ci gedişdə heç-heçə başa çatıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar