“Bütün Azərbaycanın dəstəyini hiss edirəm” - Nicat Abasov

“Bütün Azərbaycanın dəstəyini hiss edirəm” - Nicat Abasov

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyunda qələbə qazanan Nicat Abasov turnirin rəsmi saytına açıqlama verib.

Sports.az xəbər verir ki, Azərbaycan şahmatçısı ABŞ təmsilçisi Fabiano Karuana üzərində ilk oyunda qazanılan qələbənin önəmli olduğunu bildirib:

“İlk oyun mənim üçün rahat oldu. Karuananın səhvindən sonra qələbə qazanmağıma heç nə mane ola bilməzdi. Fabiano gözləmədiyim səhvə yol verdi. Düzgün gedişləri edərək oyunu qələbə ilə başa vurdum. Belə səhv Karuana kimi güclü şahmatçıya xarakterik deyil. Dünya Kuboku artıq uzun müddətdir davam edir, əksər şahmatçılar yorulub. Fabiano ötən gün tay-brekdə də mübarizə aparıb. Yorğunluq özünü göstərə bilər. Məndə də bir qədər yorğunluq var. Dünən oynamadığım üçün bərpa oluna bildim”.

Abasov üçüncü yer uğrunda oyunda sona qədər mübarizə aparacağını söyləyib: “Sabah cavab oyunudu. Arxayınlaşmaq olmaz. Mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Bütün Azərbaycanın dəstəyini hiss edirəm. Üçüncü yer uğrunda mübarizə çox vacibdir. İlk üçlükdə olmaqla İddiaçılar Turnirində iştirakımı rəsmiləşdirmək istəyirəm”. 

Sabah keçiriləcək cavab görüşü saat 15:00-da başlayacaq.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar