Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

Yunanıstanda keçirilən Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.

Sports.az xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Xatırladaq ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar