Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb.

Sports.az xəbər verir ki, 8 qrossmeysterin qüvvəsini sınadığı turnirdə şahmatçılar dünən olduğu kimi rapid növündə çıxış ediblər.

Azərbaycan yarışda 3 idmançı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə təmsil olunur.

4-cü tur
Şəhriyar Məmmədyarov - Aravind Çitambaram 0,5:0,5
Aydın Süleymanlı - Rauf Məmmədov 1:0
Yan Nepomnyaşi - Riçard Rapport 1:0
Vladislav Artemyev - Nodirbek Abdusattorov 0,5:0,5

5-ci tur
Nodirbek Abdusattorov - Şəhriyar Məmmədyarov 0:1
Riçard Rapport - Vladislav Artemyev 0,5:0,5
Rauf Məmmədov - Yan Nepomnyaşi 1:0
Aravind Çitambaram - Aydın Süleymanlı 1:0

6-cı tur
Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı 1:0
Yan Nepomnyaşi - Aravind Çitambaram 1:0
Vladislav Artemyev - Rauf Məmmədov 0,5:0,5
Nodirbek Abdusattorov – Riçard Rapport 1:0

7-ci tur
Riçard Rapport - Şəhriyar Məmmədyarov 0:1
Rauf Məmmədov - Nodirbek Abdusattorov 0:1
Aravind Çitambaram - Vladislav Artemyev 0:1
Aydın Süleymanlı - Yan Nepomnyaşi 0,5:0,5

Bu qarşılaşmalardan sonra Nepomnyaşi 10, Məmmədyarov 9, Abdusattorov və Artemyev 8, Rapportla Süleymanlı 6, Çitambaram 5, Məmmədov isə 4 xal toplayıb.

Vüqar Həşimov Memorialında sabah şahmatçılar blits növündə mübarizə aparacaqlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar