Hindistanlı dünya çempionu Bakıda keçiriləcək turnirində iştirak etməyəcək

Hindistanlı dünya çempionu Bakıda keçiriləcək turnirində iştirak etməyəcək

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirinin heyətində dəyişiklik baş verib.

Sports.az xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən, səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib.

Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Aprelin 28-dən 30-dək Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Son xəbərlər
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
DAHA ÇOX

Ən çox oxunanlar