“Şəhriyar əsl lider olduğunu göstərdi” – AŞF prezidenti

“Şəhriyar əsl lider olduğunu göstərdi” – AŞF prezidenti

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının yekunlarıyla bağlı rəsmi sayta açıqlama verib.

Sports.az xəbər verir ki, federasiya rəhbəri kişi şahmatçılardan ibarət Azərbaycan komandasının nəticəsindən razı qaldığını bildirib: 

“Avropa çempionatı kişi şahmatçılardan ibarət Azərbaycan komandası üçün sabit alındı. Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüflər olsun ki, 9-cu turda istədiyimiz nəticə alınmadı. Ümumiyyətlə şahmatda son turun öz qəribəlikləri var. Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdı, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi.

Rauf Məmmədov Ukraynayla qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığı təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə qızıl medal daha yaxşı nəticədi. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi”.

AŞF rəhbəri Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bildirib:

“Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçi heyəti Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik.

Ayan Allahverdiyeva üçün milli komandada ilk çempionat kimi yadda qaldı. Bir partiyada tamamilə udulmuş vəziyyətdə qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı öz lövhəsində birinci yerə çıxacaqdı.

Ümumiyyətlə komandada realizə olunmayan məqamlar kifayət qədər oldu. Azərbaycan komandası öz böyük potensialını göstərdi. Mənim fikrimcə optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalıyıq və daha çox işləməliyik”.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar