“Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”

“Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimov Memorialının mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, qurum rəhbəri Xankəndidə təşkil olunacaq Memorialın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib:

"Bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir. Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. O cümlədən dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır. Belə olan halda bu amillər Memorialın uzun illər keçiriləcəyinə əsas verir. İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş şəhərlərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması isə gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük tövfədir".

O, Memorialın FİDE dünya çempionatının seçmə mərhələsinə daxil olunması ilə bağlı da fikirlərini bildirib:

"Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FİDE tərəfindən seçmə mərhələnin tərkib hissəsi kimi qəbul olunması əbəs deyil. İnanırıq ki, belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq".

Məmmədov mərhum Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb:

"Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmayan iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq. Adı "Ginnesin rekordlar kitabı"na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov barədə maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük tövfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı barədə demək olar. O, həm böyük praktik, həm də görkəmli nəzəriyyəçi idi. Həşimov bu mənada da dünya şahmatında öz bacarığını əsirgəmədi. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu təkcə Memorial turnir deyil. "Baku Chess Tour"a daxil olunmuş yarışın gələcəkdə bu turnirə əlavə olunması istisna deyil. Fondun gördüyü xeyirxah işlər, şahmat tədbirlərini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın yeni nəsil şahmatçıları da hər zaman elə böyük şahmatçının olması, ölkəmizin adını ucaltması, ilk dəfə Avropa çempionu, Qran-pri qalibi olması barədə həmişə biləcəklər. Vüqarın xatirəsi daim yaşayacaq".

Qeyd edək ki, 11-ci Vüqar Həşimov Memorialı dekabrın 9-11-də Xankəndidə keçiriləcək.

Son xəbərlər
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
DAHA ÇOX

Ən çox oxunanlar