Azərbaycan şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar

Azərbaycan şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar

Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.

Sports.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, turnirdə 6 dövləti təmsil edən 8 komanda mübarizə aparıb.

Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.

Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.

Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.
 

Son xəbərlər
Arteta “Arsenal”a təzyiqlə bağlı sualı cavabladı
“Real”ın ulduzu Madrid klubundan ayrılmaq istəyir
“Barselona” Ferran Torreslə bağlı qərar qəbul etdi
Ramos xidmətini Fransa nəhənginə təklif etdi
“Vest Hem” baş məşqçisini istefaya göndərə bilər
Flik “Barselona”nın cari mövsümə hədəflərini açıqladı
“Selta” “Osasuna”ya məğlub oldu
“Lids”dən inamlı qələbə
“Lill”dən “Mets”lə heç-heçə
Autsayderlərin dueli qolsuz bitdi
İlk oyunda heç-heçə
“Ordu”dan növbəti qələbə
"Barselona"nın yarımfinaldakı rəqibi bilindi
Həsənovdan 1/4 finalın oyunlarındakı mübahisəli epizodlara şərh - VİDEO
“Barselona” “Tottenhem”in kapitanına göz yetirir
Sərbəst güləşdə ilk medalçılar müəyyənləşdi
19-cu turun təyinatları açıqlandı
Sərbəst güləş üzrə daha 5 çəkidə finalçılar bəlli oldu
“Milan” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Cüdoçularımızın “Böyük Dəbilqə”dəki ilk rəqibləri müəyyənləşdi
“Naxçıvan” amerikalı basketbolçu ilə gücləndi
“İmişli”də yeni futbolçu
İngiltərə klubları Qoretskaya göz dikiblər
“DH Volley”dən növbəti qələbə
“Şahdağ Qusar”dan darmadağın
Messi “Barselona”nın prezident seçkilərindən kənar mövqe tutub
Premyer Liqada yanvar ayının ən yaxşı qolu müəyyənləşdi
Yenə 4 qol
“Real” Konate ilə bağlı seçiminə qayıda bilər
Kubokda 10-cu, evdə 5-ci
DAHA ÇOX

Ən çox oxunanlar