Şahmat
Maqnus Karlsen 9-cu dəfə blits üzrə dünya çempionu oldu

31.12.2025 | 09:30
Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.
Sports.az xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.
Həlledici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatdı.
Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib. O, bir neçə gün öncə rapid üzrə də dünya çempionu olmuşdu.
Son xəbərlər





























