Şahmat
Şəhriyar Məmmədyarov finalda

19.02.2026 | 20:15
Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.
Sports.az xəbər verir ki, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.
O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.
Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.
Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.
Çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Son xəbərlər





























