Ülviyyə Fətəliyevadan növbəti qələbə

Ülviyyə Fətəliyevadan növbəti qələbə

Özbəkistanın qədim şəhəri Buxarada qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib. 

Sports.az xəbər verir ki, ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər şahmatçılar mübarizə aparıb. 

8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə ölkəmizi şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.

9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.

Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Son xəbərlər
“Öz səhvlərimizin ucbatından çox qol buraxdıq”
“Zirə” “Qarabağ”a qarşı - YENİLƏNİR
MY “Vest Hem”in yarımmüdafiəçisi ilə maraqlanır
“Daha da yaxşısını edə bilərik” - Dambrauskas
“Gəncə” “Sabah”a məğlub oldu
“Barselona” “Çelsi”nin hücumçusuna göz dikib
Ülviyyə Fətəliyevadan növbəti qələbə
Azərbaycan çempionatı başa çatdı
“Ateltiko” ulduzunu “Barselona”ya satmayacaq
Azərbaycan çempionatının ilk qalibləri bəlli oldu
Yığmamız FIBA Çempionlar Kubokunun yarımfinalında
“Real” Entso Fernandesi əldə etmək üçün tədbir görür
Azərbaycanda bu iki federasiya birləşdirildi
“Arsenal” “Leypsiq”in müdafiəçisi ilə danışıqlara başladı
“Real” “Arsenal”ın kapitanına göz dikdi
Azərbaycan millisi Monteneqro ilə üz-üzə
Daha 7 güləşçimiz AÇ-də mübarizəyə başlayır
Bu gün 19-cu turun daha iki oyunu keçiriləcək
Renatın komandası səfərdən 3 xalla qayıtdı
“İnter” müdafiəçisi ilə razılıq əldə edə bilmir
Əliyevin komandası liderlə bacarmadı
“Real”ın 5 oyunçusuna istirahət veriləcək
Vinisiusun adı ətrafında yenə şayiə dolaşır
“Latsio” baş məşqçisi ilə əməkdaşlığına xitam verə bilər
Ekitike şəxsi perspektivlləri haqda söhbət açdı
“Barselona”nın gənc ulduzu azarkeşləri sevindirdi
Günün oyunları – TV
“Çelsi” kapitanı ilə müqaviləsini yenilədi
Halandın agenti futbolçu ilə bağlı şayiəni cavabladı
Kompani yaz fasiləsinə ümid bəsləyir
DAHA ÇOX

Ən çox oxunanlar