Daha bir futbolçu AÇ-2024-ü buraxmaq təhlükəsi ilə üzləşib

Niderland millisi AÇ-2024-də Frenki de Yonqla yanaşı, daha bir yarımmüdafiəçini itirmək riski ilə üzləşib.

Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, əzələ zədəsi olan “Atalanta”nın yarımmüdafiəçisi Ton Kopemeyners turniri buraxa bilər.

Niderland millisi AÇ-2024-də Polşa, Fransa və Avstriya ilə eyni qrupda çıxış edəcək.

26 yaşlı Kopemeyners ötən mövsümü İtaliya A Seriyasında 12 qol və 5 məhsuldar ötürmə ilə başa vurub. Niderlandlı futbolçu həm də, “Atalanta”nın Avropa Liqasını qazanmasına kömək edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar