Özümüzü ögey hiss etdiyimiz bayram

Özümüzü ögey hiss etdiyimiz bayram

Təssüf ki, AVRO 2024 və Kopa Amerika 2024 eyni vaxtda keçirilirdi...

Sports.az saytının hər iki turnirə rəsmi akkreditasiyası olan əməkdaşı kimi yalnız Almaniyadakı yarışa gedə bildim. 

Lionel Messinin karyerasında bəlkə də son böyük turnirin - Kopa Amerikanın açılış və final matçlarına, həmçinin başqa oyunlara akkreditasiyam olsa da, ABŞ-a yollanmadım. 

ETOPAZ-ın dəstəyilə Avro 2024 1/4 final mərhələsinin Niderland - Türkiyə oyununu Berlin Olimpiya stadionunun media sektorundan izləyən yeganə azərbaycanlı idman jurnalisti idim.
Qardaş ölkədən bu qarşılaşmaya çox sayda media nümayəndəsi getmişdi. Məsələn, TVNET-in əməkdaşı təkcə onların televiziyasından 8 nəfərin gəldiyini dedi. 

Təssüf ki, Türkiyə bu qarşılaşmadan sonra mübarizəni dayandırdı. Bununla belə, ay-ulduzlular gözəl oyunları ilə çempionata xüsusi rəng qatdı. Eyni sözləri Gürcüstan millisi haqda da deyə bilərəm. 

İdman mediasına daimi diqqəti ilə seçilən ETOPAZ-ın sponsorluğu ilə bir qrup idman jurnalisti çempionatın ən maraqlı oyunlarından birini - məhz yuxarıda qeyd etdiyim Türkiyə ilə Gürcüstan millilərinin matçını Dortmundda "Siqnal İduna Park" stadionunun tribunalarından canlı izlədi. 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirovun azərbaycanlı media nümayəndələrinin bu turnirə akkreditasiya alması üçün çəkdiyi əziyyəti də xüsusi vurğulamalıyam. Onun sayəsində bir neçə həmkarımız Avro 2024-ün final mərhələsinin matçlarına rəsmi akkreditasiya aldı. 

İctimai Televiziya ilk dəfə bir böyük futbol turnirini bu qədər gözəl işıqlandırdı. İTV-nin Almaniyada olan əməkdaşları qitə çempionatının davam etdiyi hər gün ordan rəngarəng süjetlər hazırlayıb Azərbaycan üçün bir ilkə imza atdılar. 

Çempionatın ən parlaq komandası şübhəsiz İspaniya idi. Bu mənada ədalətin bərqərar olduğunu demək olar. İspanlar çempionluğu haqq edirdi. 

Beləcə, daha bir Avropa Çempionatını geridə buraxdıq. Təəssüf ki, nə qədər yaxından iştirak etsək də, bu bayramda özümüzü bir qədər ögey hiss edirdik. Türkiyəyə, Gürcüstüna, Ukraynaya, İspaniyaya, İngiltərəyə, başqalarına azarkeşlik edə-edə bu çempionatı da yola verdik...

Növbəti qitə çempionatının finalında Azərbaycan millisini görmək arzu ilə!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar