“Qəbələ”nin 5-ci finalı

“Qəbələ” tarixində 5-ci dəfə Azərbaycan kubokunun finalına yüksəlib.

Sports.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri yarımfinalın hər iki oyununda “Səbail”ə qalib gəlməklə buna nail olub – 3:2, 1:0.

“Qırmızı-qaralar” kuboku başı üzərinə qaldırdığı 2018/19 mövsümündən sonra ilk dəfə finalda oynayacaq. Sonrakı üç mövsümdən biri yarımçıq dayandırıbsa, ikisində komanda həlledici matça qədər mübarizəni dayandırıb.

“Qəbələ” kubok qazanana qədər daha üç dəfə finalın iştirakçısı olub. “Qırmızı-qaralar” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində yarımfinalı uğurla adlayıb.

Xatırladaq ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək final görüşündə Elmar Baxşıyevin yetirmələrinin rəqibi “Neftçi” olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar