“Səbail”də daha bir ayrılıq

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.

Sports.az xəbər verir ki, paytaxt klubu Nihad Qurbanlı ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Nihada xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Mövsümün əvvəlindən bu komandada çıxış edən Nihad 15 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar