“Zirə”nin rəhbəri komandanı yenidən ziyarət etdi - FOTOLAR

"Zirə" Misli Premyer Liqasının 4-cü turunda “Sabah”a qarşı keçirəcəyi oyun üçün hazırlıqlara start verib.

Sports.az xəbər verir ki, komandanın məşq prosesini klubun Müşahidə Şurasının sədri Orxan Məmmədov da izləyib.

O.Məmmədov Premyer Liqanın 1-ci turunda "Qarabağ"la görüşdən 1 gün əvvəl də komandanı ziyarət etmişdi.

Qeyd edək ki, "Zirə" mövsümə uğurlu başlayıb. Paytaxt təmsilçisi 3 matçda 3 qələbə qazanıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 9 xalla liderdir.

Xatırladaq ki, "Zirə" - "Sabah" oyunu avqustun 26-da keçiriləcək və saat 19:30-da başlayacaq.

Lalə Səid

















Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar