"Tərlan Əhmədovun səviyyəsinə düşmək istəmirəm"

"Neftçi"nin sabiq baş məqşçisi Tərlan Əhmədov "CBC Sport"da klubun keçmiş rəhbərliyini ittiham edib.

Əhmədov "1 ay, 5 ay vaxtımız var, bura pul qazanmağa gəlmişik" dedilər və kluba Karikari, Braliç, Paratski kimi futbolçular gətirdilər" deyib.

Qalmaqallı fikirlərlə bağlı "Neftçi"nin həmin dövrdəki idman direktoru Ceyhun Sultanov Sports.az saytına bunları söyləyib:

- Tərlan nə danışdığını heç özü də bilmir. Dediklərinin hamısı yalandı. Hansı ağıllı insan bir kluba gəlib baş məşqçiyə deyər ki, mənim 3-5 ay vaxtım var, bura pul qazanmağa gəlmişəm?! Birinci yalanı budu.

"Neftçi"də Tərlana cəmi 1 nəfər göstərmişəm o da bəyənib "gətirə bilsən yaxşı olar" deyib, həmin futbolçunun da komandaya köməyi dəyib. Bu, Soni Mustivar idi. Tərlanın yığdığı heyətdə də ən yaxşı legioner o oldu.

Bundan sonra heç kimi deməmişəm, adı çəkdikləri də Tərlan gedəndən nə qədər sonra Roberto Bordinin vaxtında gəlib. Karikaridən, Braliçdən, Paratskidən və başqalarından onun ümumiyyətlə xəbəri olmayıb.

İkincisi, Əfran İsmayılov Tərlan haqda nə demişdisə, hamısını düz demişdi. Əfranın sözlərində heç bir yalan yox idi. 

Üçüncüsü, Azərbaycana gəlmiş ən axırıncı legioneri Tərlan Əhmədov seçib. Söhbət Kampazdan gedir. Həmin dövr əvəzedicilərin baş məşqçisi Vadar Nuriyev Kampazı əvəzedicilərin oyunlarında da meydana buraxmırdı. Buna görə də, Tərlanın danışmağa haqqı yoxdu.

Mən kluba fevralda gəlmişdim, 2-3 ay sonra o klubdan ayrılıb və bu müddətdə Mustivardan başqa heç bir futbolçunun müzakirəsi olmayıb.

Rəhmətlik Böyükağa Hacıyev demiş, arının yuvasına çubuq soxmasın. Tərlan Əhmədovun baş məşqçi kimi necə nəticə qazandığını mən yaxşı bilirəm. Futbol camiəsində də çoxları bilir...

Sakit oturmuşam, öz işimlə məşğulam, ona ayırmağa vaxtım yoxdu. Çox baş qoşub onun səviyyəsinə düşmək istəmirəm. Yalnız bunu deyim: yalan danışır, yalan danışır, yalan danışır!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar