“Şanslarımızdan düzgün istifadə edəcəyik” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının Avropa Liqasının H qrupundakı rəqiblərini dəyərləndirib.

Sports.az klubun mətbaut xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı belə danışıb: 

"İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Molde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar