\"Neftçi\" milyonluq legioner transfer etdi

"Neftçi" yeni transferini rəsmiləşdirib. Sports.az xəbər verir ki, Adrian Mutunun komandası Moskva "Spartak"ında çıxışı ilə tanınan Reziuan Mirzovla anlaşma əldə edib. 

Rusiya mediası futbolçunun "Sabah"a keçəcəyini yazsa da, bu həqiqəti əks etdirmir. Mirzov sabah keçiriləcək "Sumqayıt"-"Neftçi" oyununda olacaq.

30 yaşlı sol vingerin son klubu "Ximki" olub. Kabardinəsilli futbolçu hazırda sərbəst agentdi və "Neftçi" onun transferi üçün əlavə ödəniş etməyəcək.

Reziuan Mirzov bir neçə dəfə Rusiya yığmasına dəvət edilsə də, ölkəsinin əsas komandasında debüt etmək şansı qazanmayıb.

O, vaxtı ilə Rusiya kubokunun qalibi olub və bu ölkənin 33 ən yaxşı futbolçusu siyahısına düşüb.

Parlaq texnikası ilə tanınan Mirzov 2018-ci ildə "Tosno"nun sensasiyalı şəkildə Rusiya kubokunu qazandığı final matçında komandasının tarixi titul qazandıran qola imza atıb.

Məşhur Transfermarkt saytında 30 yaşlı futbolçunun dəyəri 1 milyon avro göstərilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar