Şahruddinin "Qarabağ" karyerası bitdi

“Qarabağ”ın qolkiperi, Azərbaycan millisinə dəvət edilmiş Şahruddin Məhəmmədəliyev yığmanın düşərgəsini tərk edib.

Qolkiper Türkiyəyə yollanıb. Buna səbəb isə onun yeni komandası ilə müqavilə imzalamasıdır. Belə ki, Məhəmmədəliyev “Adana Dəmirspor”la anlaşıb. O, Türkiyə klubu ilə üç illik müqavilə imzalayacaq.

Sports.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şahruddinn “Qarabağ”la müqaviləsi qüvvədə olsa da, klub onun “Adana Dəmirspor”a təzminatsız keçidinə şərait yaradıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar