Elnur Eyvazov \"Neftçi\"dən gedir?

 

"Neftçi"də struktur dəyişikləri olacağı haqda Fərrux Mahmudov anons vermişdi. Klubdakı fəaliyyətinin bu gün 7 ilini qeyd edən vitse-prezident Elnur Eyvazov "ağ-qaralar"la vidalaşacağının anonsunu verib. Eyvazov təsirli paylaşım edib:

"Neftçim!
"Neftçi", sən arzusan! Sən ürəksən! Sən Ali məktəbsən! 
Yaşadırsan, yüksəldirsən, fərəhləndirirsən!
Tanıtdırırsan, yoxlayırsan, sınayırsan! 
"Neftçi", səni anlamaq və yüksəltmək üçün şərəfini və ləyaqətini ortaya qoymaq belə azdır! 
Sən mənə çox şey öyrətdin! 
1 sevgim olaraq qalacaqsan! Nələr baş verməyindən heç asılı olmayaraq! 
Böyük zirvələr arzuzu ilə".
Qeyd edək ki, Elnur Eyvazov 7 il öncə "Neftçi"yə gələndə komanda milli çempionatda autsayderlərdən idi. Onun sayəsində borc içində çabalayan klub maliyyə böhranından çıxdı və ölkə çempionu olmaqla "Qarabağ"ın hegemoniyasına son qoydu. 
Təəssüf ki, klubdakı son islahatların hələlik yaxşı nəticə verdiyini deyə bilmirik. Sports.az məsələni gündəmdə saxlayacaq. "Neftçi"nin düşdüyü böhranla bağlı həm klub prezidenti Fərrux Mahmudov, həm də təsirli paylaşım etmiş Elnur Eyvazovun münasibətini öyrənməyə çalışırıq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar