\"Neftçi\"nin sabiq prezidenti \"Fənərbaxça\"nın oyununa təyinat aldı

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

Sports.az xəbər verir ki, o, Türkiyədə "Fənərbaxça" və Danimarkanın “Nordsyelland” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar