“Araz-Naxçıvan” elitaya yeni yüksəlsə də, yaxşı çıxış edir” - Nqando

Bu gün “Araz-Naxçıvan”la müqavilə imzalayan Aksel Nqando klub saytına açıqlama verib.

Sports.az xəbər verir ki, fransalı yarımmüdafiəçi yeni komandası barədə bunları söyləyib:

“Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə, yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim. “Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir. “Neftçi” ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar