“Cəbrayıl” 3, “Lerik” 6 qolla qalib gəldi

Bu gün II Liqada 3-cü tura start verilib.

Sports.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

“Şəki Siti” - “Ağdaş” oyununda meydan sahibləri qalib gəliblər. “Cəbrayıl” “Kürmük Qax”ı səfərdə, “Lerik” isə “Şəfa”nı evdə darmadağın edib.

Turun qalan qarşılaşmaları sabah keçiriləcək.

II Liqa
3-cü tur

18 sentyabr

“Kürmük Qax” – “Cəbrayıl” 0:3
Qollar: Əli Nəcəfli, 16, 19; Mübariz Hüseynzadə, 90+5.
Qax OİK stadionu, 15:00.

“Şəki Siti” – Ağdaş” 2:1
Qollar: Ceyhun Rəcəbli, 79. Ravil Yusifli, 82 – Oleq Xəlilov, 54.
Şəki şəhər stadionu, 16:00.

“Lerik” – “Şəfa” 6:1
Qollar: Kamran Abdullazadə, 6. Qədir Həsənov, 7. Zaur Nuruzadə, 44. Balarza Qədirli, 45+1. Şəhriyar Zərbəliyev, 56. Vüsal Nuriyev, 90+2-pen – Sahib Cümşüdov, 36.
Lənkəran OİK stadionu, 16:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar