Əvəzedicilərin də cəzası açıqlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Səbail-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Sabah-2” görüşünün təşkilində problemlər yarandığından oyun gec başladığına görə “Qarabağ-2” komandası 50 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar