Millimiz ilk oyunda qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib. 

Sports.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 3:1 hesablı qələbə qazanıb.

Sabir Allahquliyev və Amid Nəzərovun dubl etdiyi oyunda millimizin digər qolunu Orxan Məmmədov vurub.

Komandamız turnirdə növbəti oyununu sabah Rumıniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar