“Füzuli” və “Göygöl” qalib gəldi, “Şəmkir” məğlub oldu

II Liqada 3-cü tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Füzuli” “Qusar”ı, “Baku Sportinq” “Şahdağ Qusar”ı, “Göygöl” “Kür-Araz”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Şəmkir” - “Dinamo” matçında isə qonaqlar qələbə qazanıblar.

II Liqa
3-cü tur

19 sentyabr

“Füzuli” – “Qusar” 1:0
Qol: Təmraz Əmircanov, 54-pen.
“ASK Arena”, 13:00.

“Baku Sportinq” - “Şahdağ Qusar” 2:1
Qollar: Emil Həsənzadə, 5. Ülvi Quliyev, 52 – Salman Atlıxanov, 30.
Binə qəsəbə stadionu, 15:00.

“Göygöl” – “Kür-Araz” 4:2
Qollar: Vüqar Əşrəfli, 12; 90+8. Ziyabil Məmmədov, 72; 90+4 – Elnur Məmmədov, 80. Ramazan Abbasov, 83-pen.
Göygöl OİK stadionu, 15:30.

“Şəmkir” – “Dinamo” 2:3
Qollar: Sənan Həsənov, 52; 62 – Vüqar Əlizadə, 18; 27. Valeh Seyidov, 28.
Şəmkir OİK stadionu, 16:00.

Turun digər oyunları:
“Kürmük Qax” – “Cəbrayıl” 0:3
“Şəki Siti” - “Ağdaş” 2:1
“Lerik” – “Şəfa” 6:1

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar