“Qəbələ”nin “Qarabağ”la 74-cü dueli

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.

Sports.az xəbər verir ki, “Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Qarabağ”la qarşılaşacaq.

Bu, iki komanda arasında 74-cü duel olacaq. İndiyədək 73 dəfə qarşılaşan rəqiblərin oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. Digər 39 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 56 qol vuran “Qəbələ” öz qapısından 117 top buraxıb.

Ölkə kubokunda 15 matça çıxan rəqiblər Premyer Liqada 59-cu dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edib, 33 dəfə uduzub. Rəqib qapısına 44 dəfə yol tapan “qırmızı-qaralar” 93 top buraxıb.

“Qəbələ” 37-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 9 qələbə qazanıb, 11 heç-heçə edib və 16 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 32 top keçirən futbolçularımız 48 qola üzülüb.

Xatırladaq ki, sentyabrın 25-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar