"Neftçi"nin zədəli futbolçularının durumu açıqlandı

"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Sports.az xəbər verir ki, Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı bununla bağlı klubun rəsmi saytına açıqlama verib.

Zöhrablı bildirib ki, zədəli futbolçulardan yalnız Emil Balayev bərpa prosesi keçir: “Digər futbolçular, demək olar ki, artıq komanda ilə məşqlərə qoşulublar. Bəziləri fərdi, bəziləri isə ümumi qrupda hazırlaşırlar. Başqa zədəli futbolçumuz yoxdur”.

"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə" ilə qarşılaşacaq. Oyun saat 20:30-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar