Azərbaycan futbolu
Asif Məmmədov Vətən Müharibəsindəki iştirakından danışdı - VİDEO

20.11.2023 | 16:51
Bu gün Ağdam rayonunun erməni işğalından azad olunmasından 3 il ötür.
Sports.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidməti Ağdam Şəhər Günü ilə əlaqədar "Qəbələ"nin kapitanı, əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindən olan Asif Məmmədovdan müsahibə götürüb.
37 yaşlı futbolçu 44 günlük Vətən Müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılıb. Asif müsahibədə həmin dövrü xatırlayıb.