Azərbaycan kuboku: 1-ci təsnifat mərhələsi yekunlaşdı

Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Sports.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

"Şəfa" "Şəmkir"i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Şəfa" 5:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Şəfa" 2-ci təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi

20 noyabr

“Şəfa” - “Şəmkir” - 1:1 (penaltilər 5:3)
Qollar: Sahib Cümşüdov, 26-pen - Elgün Namazov, 58.
Qırmızı vərəqə: Elcan Rəhimov, 75 ("Şəmkir")

19 noyabr
“Ağdaş” – “Cəbrayıl” - 0:2
“Şəki Siti” – “Kür-Araz” - 1:2
“Bakı Sportinq” – “Kürmük Qax” - 6:0

18 noyabr
“Füzuli” – “Lerik” - 0:1
“Qusar” – “Şahdağ Qusar” - 0:0 (penaltilər 4:5)
“Göygöl” – “Dinamo” - 2:1

2-ci təsnifat mərhələsinin cütlükləri

"Şəfa" - “Səbail”
“Zaqatala” - “Şamaxı”
“Turan Tovuz” - "Göygöl"
“Araz-Saatlı” - “İrəvan”
"Kür-Araz" - “Araz-Naxçıvan”
“İmişli” - “Mingəçevir”
"Lerik" - “Sumqayıt”
“Karvan” - “Difai Ağsu”
"Şahdağ Qusar" - “Qaradağ Lökbatan”
“Kəpəz” - “Baku Sportinq”
MOİK - "Cəbrayıl"

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar