Azərbaycan futbolu
AÇ-2025: Azərbaycan yığması bu gün növbəti oyununa çıxır

21.11.2023 | 10:36
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sports.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gələcək.
İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Rəqib 12 xalla liderdir, 3 oyuna 3 xal əldə edən U-21 yığmamız 4-cü pillədə qərarlaşıb.
F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.
AÇ-2025, seçmə mərhələ
21 noyabr
22:00. Ukrayna - Azərbaycan
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.