Azərbaycan futbolu
AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat aldı

21.11.2023 | 11:22
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Sports.az xəbər verir ki, o, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki Beşiktaş Park stadionunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.