Mutsuz son və dumanlı görünən gələcək

Belə gedişlə "Neftçi" bu mövsüm də sevənlərinin ümidlərini doğrultmayacaq...
"Ağ qaralar" oyunçu büdcəsinə görə "Qarabağ"dan da, "Sabah"dan da üstdədi, Premyer Liqanın ən bahalı klubudu (dünyaca ünlü transfermarkt.com saytında bunu görə bilərik).

Amma liqanın ən az büdcəsi olan 2 komandasından birini uda bilmir... İlk dövrədəki məğlubiyyətdən sonra, indi də heç-heçə.
Halbuki, komanda hesabda irəlidə idi və Adrian Mutu Azər Bağırovun yetirmələrindən qorxub hücum xəttinin oyunçularını, Haqverdi və başqa futbolçularla əvəzləməsə, məntiqlə 3 xal qazanılacaqdı.

İstər millidə, istərsə də klublarda legioner baş məşqçilərə böyük vəsait xərcləməyin tərəfdarı deyiləm. Görünən dağa bələdçi lazım deyil. Mutunun da zamanı çatıb. Kaş ona və komandasına tökülən pul "Neftçi"nin akademiyasına ayrılardı...

İndiyəcən xərclənənlər bir yana, çox güman rumıniyalıya böyük bir məbləğdə kompensiyasiya verib yola salacaqlar.

Mutunun bacara bilmədiyi həmin Azər Bağırov daxil istənilən yerli mütəxəssis rumıniyalılara xərclənən vəsaitin qat-qat aşağısına "Neftçi"də can-başla işləyər və daha yaxşı nəticə verər!

Çox heyf. Həm də ona görə ki, böyük ehtimalla daha bir mövsümün boşa verilməsi və dumanlı perspektivlər klubun sadiq azarkeşlərini də küsdürüb. "Araz Naxçıvan"la oyunda tribunadakı azarkeş sayına yalnız üzülmək olar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar