Azərbaycan futbolu
50-ci ev oyunu
![](https://sports.az/file/articles/2023/11/30/1701329788_43702406541430_919510449721685_412888982898185666_n.jpg)
30.11.2023 | 12:22
“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib.
Sports.az xəbər verir ki, bu, 2-ci təsnifat mərhələsinə təsadüf edib.
Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.
“Kəpəz” ölkə kuboku tarixinə öz meydanında 50 və daha çox matç keçirən 4-cü komanda kimi düşüb. Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox görüşə çıxıb.
“Kəpəz” kubokda ilk matçını 1993-cü ildə 1/32 finalda “Nicat”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub.