Mərakeş yığması Bakıda çempion oldu
AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq futzal turnirinə yekun vurulub.
Sports.az xəbər verir ki, turnirin son oyun günündə Mərakeşin və Belarusun 19 yaşadək futzalçılarından ibarət komandaları qarşılaşıb.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Mərakeş yığması beynəlxalq futzal turnirinin qalibi olub. Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən və üçüncü yeri tutan Azərbaycan U-19 futzal yığmasına və ikinci olan Belarus millisinə medallar verilib. Çempion Mərakeş yığmasına isə medallar və kubok təqdim edilib. Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş və Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov təqdim ediblər.