AFFA baş katibi məkrli plana mane olmaq üçün Tovuzda

Bu gün Premyer Liqada 20-ci tura start verilir. Turun açılış matçı Tovuzda olacaq.
22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Turan Tovuz" 27 xalla 5-ci yerdə gedən "Səbail"i qəbul edəcək.

Maraqlı qarşılaşma olacağı gözlənilir. İlk növbədə ona görə ki, mediada Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadasının meydan sahiblərini uduzduracağı haqda xəbərlər yayılıb.

Elxan Məmmədova yaxınlığı ilə seçilən klubların irəli çəkilməsi, mümkün qədər yüksək pillərə qaldırılması barədə Hakimlər Komitəsinə gizli tapşırıq verilməsi, konkret olaraq "Qəbələ" - "Sumqayıt" və "Turan Tovuz" - "Səbail" oyunlarında hakimlərin ev sahiblərini uduzduracağı haqda ilk məlumatı Futbolinfo vermişdi.

"Qəbələ" - "Sumqayıt" matçında qonaqlar mübahisəli və şübhəli penalti ilə 1:0 qalib gəldi. Qaldı bugünkü "Turan Tovuz" - "Səbail" qarşılaşması...

Sports.az xəbər verir ki, artıq məkrli plan haqda xəbər tutan Sərxan Hacıyev şəxsən Tovuza yollanıb. Bu matçı stadiondan izləmək üçün min kilometrə yaxın məsafəni qət edəcək AFFA-nın baş katibi  hakimlərin qonaqlara dəstək verməyəcəyinə, ədalətli oyun prinsiplərinə xəyanət etməyəcəyinə inanır.

Amma Elxan Məmmədovun bu sahədə təcrübəsi daha çoxdu. Sərxan bəy mütərəqqi fikirləri ilə futbol ictimaiyyətinin rəğbətini qazanmağı bacarıb. Məmmədov və əlaltıları isə bunu heç cür qəbul edə bilmir və onun adını hər imkanda ləkələmək üçün var güclərini səfərbər edib. Odur ki, AFFA baş katibinin stadiondan izləyəcəyi Tovuzdakı oyunda da nə desəz gözləmək olar...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar