“Qarabağ”la “Zirə”yə yarımfinalda “Neftçi” ilə “Qəbələ” rəqib oldu

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə daha iki görüş baş tutub.

“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Bu dəfə inamlı qələbəyə sevinən "Qəbələ" yarımfinala çıxıb.

Son oyunda isə “Neftçi” “Sumqayıt”ı qəbul edib. Bu komandaların Sumqayıtdakı ilk görüşündə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi. Cavab görüşü heç-heçə bitdiyi üçün yarımfinala "Neftçi" çıxıb.

“Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni ötən gün təmin etmişdilər. Beləliklə, yarımfinalda "Qəbələ" "Zirə"ylə, "Neftçi" isə "Qarabağ"la qarşılaşacaq.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 39. Ürfan Abbasov, 41.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00
İlk oyun – 1:1.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri (k), 4. İgor Ribeyro.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Baş məşqçi: Azər Bağırov.

“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Filip Ozobiç, 26 - Roi Kehat, 40.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
“Neftçi Arena”, 19:00
İlk oyun – 3:2.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar